Məşhur futbol klubları Bakıya gəlmək üçün mübarizəyə başlayır
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.
ARANTV.AZ xəbər verir ki, bütün matçlar eyni vaxtda keçiriləcək.
Sözsüz ki, əksəriyyətin gözü Londonda olacaq. Çünki burada erkən final kimi dəyərləndirilən “Arsenal” – “Napoli” görüşü olacaq.
2013-cü ildə bu komandalar Çempionlar Liqasının qrup mərhələsində üz-üzə gəlib. Hər iki komanda öz meydanında 2:0 hesabı ilə qələbə qazanıb.
1/4 final (ilk oyunlar)
23:00 “Arsenal” (İngiltərə) – “Napoli” (İtaliya)
23:00 “Benfika” (Portuqaliya) – “Ayntraxt” (Frankfurt, Almaniya)
23:00 “Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə)
23:00 “Vilyareal” (İspaniya) – “Valensiya” (İspaniya)
Xatırladaq ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.oxu.az

