Dünya 

Erməni nankorluğu: Qarabağdakı əhali Rusiyanı “düşmən dövlət” kimi görürmüş

ARANTV.AZ  “Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutu”na istinadən xəbər verir ki, Qarabağda yaşayan erməni əhalisi Rusiyanı “dost olmayan ölkələr” sırasında görürmüş.

Bu barədə “İnstitut” ərazidə keçirdiyi sorğunun nəticələrinə əsasən məlumat yayıb. Məlumatın maraqlı yekun hiasəsi var: “Artsaxda (DQR) 44 günlük müharibədən sonra Rusiyanı Ermənistan üçün dost ölkə hesab edənlərin sayı demək olar ki, iki dəfə azalıb. Üstəlik, Rusiya dost olmayan ölkələr siyahısında Türkiyə və Azərbaycandan sonra üçüncüdür”.

Xankəndi erməniləri Azərbaycan dövlətinə müraciət etdi: "Bizi vətəndaşlığa  qəbul edin, işləyək"

Bu da belə: tipik erməni nankorluğu hadisəsisdir. Onları yoxdan var edən, Ermənistan adlı dövlət quran, Qarabağa köçürdüb, orada məskunlaşdıran bir faktora dönük çıxıblar.

Niyə? Tarixdə ilk dəfə olaraq Putin Rusiyası Ermənistanın və ermənilərin əvəzindən “türklərə qarşı” döyüşməyib, 44 gün seyriçi qalıb…

Nə deyek, düşmənçilikləri daha da artsın, dostluqları bitsin.

Daha çox xəbərlər