Cəmiyyət 

Bakıda qadın və uşaq hüquqlarının müdafiəsi məsələsi müzakirə edilib

ARANTV.AZ xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təşkil etdiyi tədbirdə bildirilib ki, cəmiyyətdə qadın və uşaq hüquqlarının müdafiəsi, uşaqlara qarşı zorakılıq hallarının, uşaq əməyinin qarşısının alınması dövlət siyasətinin prioritetlərindəndir. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar nəticəsində ailə institutunun gücləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində əhəmiyyətli uğurlar əldə olunub. Qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın artırılması da bu işə öz töhfəsini verir. Tədbirdə qadınlara və uşaqlara qarşı zorakılıq halları ilə bağlı ciddi, obyektiv və operativ araşdırmaların aparılmasının vacibliyi vurğulanıb.

Daha çox xəbərlər