Prezident İlham Əliyev Valentina Matviyenkonu “Dostluq” ordeni ilə təltif edib
Prezident İlham Əliyev V.İ.Matviyenkonun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
ARANTV.AZ azəertac-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Valentina İvanovna Matviyenko “Dostluq” ordeni ilə təltif edilsin.

