Kriminal 

Bakıda 18 yaşlı gənc 16 yaşlı oğlanı ödürdü

Binəqədi rayonunun Hökməli qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Ağaramazan İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
ARANTV.AZ  “Ölkə.Az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 17-nə təyin olunub.

Qeyd edək ki, qətl hadisəsi 2018-ci ilin iyun ayında Binəqədi rayonunun Hökməli qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü A.İsmayılov 2002-ci il təvəllüdlü Musa Babayevi bıçaqlayaraq qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törədən A.İsmayılov saxlanılıb.

Daha çox xəbərlər