Nəcib maral və bezoar keçisinin sayının artırılmasına başlanılıb
“Qırmızı kitab”a düşən nəcib maralın sayının artırılaraq Böyük Qafqazdan Kiçik Qafqaza ötürülməsi nəzərdə tutulub. O cümlədən “Qırmızı kitab” növü olan bezoar keçisi ilə də bağlı belə tədbirlər planlaşdırılıb. Yəni onlar da Böyük Qafqaz ərazisində çoxaldılacaq.
ARANTV.AZ xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
“Həmin heyvanların saylarının çoxaldılması və öz təbii areallarında yenidən saylarının artırılması, bərpa olunması ilə bağlı ilkin addımlar atılıb”, – deyə F.Əliyev bildirib.


