Kişi keçmiş arvadı ilə evlənən şəxsi bıçaqladı – VİDEO
Bakının Nizami rayonunda qısqanclıq zəminində bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Mahir Nemətov keçmiş həyat yoldaşı ilə yeni ailə quran 1995-ci il təvəllüdlü Azad Ağayevlə əlbəyaxa dava edərək onu bıçaqlayıb.
Daha sonra Mahir Nemətov keçmiş qayınatası 1957-ci il təvəllüdlü Əhmədov Fətulla Möhübbət oğluna da bıçaqla xəsarət yetirib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
oxu.az

