Hadisə 

Bakıda həyəcanlı anlar – Kişi küçədə insanların gözü qarşısında can verdi

Bakıda 53 yaşlı kişi küçədə qəfil yıxılaraq ölüb.

ARANTV.AZ  BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində, Lökbatan qəsəbəsində baş verib.

Belə ki, “Lökbatan” dairəsinin sağ tərəfində, “Ələt-Bakı” magistral yolundan bir nəfər qəfil insanların gözü qarşısında yıxılaraq vəfat edib.

Hadisə yerinə həkimlər və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, vəfat edən şəxs 1966-cı il təvəllüdlü Səməd Məhiyəddin oğlu Süleymanovdur.

Meyitə hal şahidlərinin və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə baxış keçirilib. Müayinə zamanı onun üzərində hansısa xəsarətlər aşkar edilməyib.

İlkin araşdırma ilə Səməd Süleymanovun qaraciyət çatışmazlığından öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər