Gündəm 

SOCAR Pakistana neft məhsulları ixrac edəcək

“SOCAR Trading” şirkəti Pakistana ilə bir milyon tondan çox həcmdə neft məhsullarının tədarükünü nəzərdə tutan uzunmüddətli müqavilə bağlamağa hazırlaşır.

Bu barədə Trend-ə “SOCAR”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov məlumat verib.

“İlkin – 100 milyon dollarlıq neft məhsulları partiyası üçün kredit xətti açılacaq. Nəticədə, SOCAR Pakistanı neft və neft məhsulları ilə təchiz edən ikinci ən uzunmüddətli tədarükçü olacaq”, – deyə Əhmədov bildirib.

Qeyd edək ki, bundan əvvəl Pakistan Nazirlər Kabinetinin iqtisadi əlaqələndirmə komitəsi Azərbaycanla SOCAR arasında yanacaq tədarükü ilə bağlı müqaviləni təsdiqləyib.

Daha çox xəbərlər