Ceyhun Yusifov vəkilliyə qayıtdı
Ötən il Dövlət Gömrük Komitəsinin (DGK) İstintaq İdarəsinə rəis təyin olunan tanınmış vəkil Ceyhun Yusifov yenidən vəkillik fəaliyyətinə başlayıb.
ARANTV.AZ-ın məlumatına görə, o, Vəkillər Kollegiyasına geri qayıdıb.
Qeyd edək ki, C.Yusifov bir çox məşhur şəxslərə vəkillik edib.
O, ötən il martın 2-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri tərəfindən “Fəxri Fərman”la təltif olunub.
Sentyabrın 14-də isə DGK İstintaq İdarəsinə rəis təyin edilib. C.Yusifov yeni təyinatla əlaqədar vəkillik fəaliyyətini dayandırmışdı.oxu.az

