Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatının kollektivi Qarabağ müharibəsi qazisinin yanında olmuşlar.

Bu günlərdə YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya başda olmaqla təşkilatın məsul işçiləri – Elməddin Əsgərxanov, Əlövsət məmmədov, Nurayə Məmmədova, Coşqun Tapdıqlı, Vasif Mehdizadə və Türkmən kənd ƏPT sədri Firdovsi Nəcəfov birlikdə rayonun Türkmən kəndindən olan, yenidən əməliyyat olunub evinə qayıdan qazi – çavuş Yusifzadə Məhəmməd İsrafil oğluna baş çəkmişlər. Çavuş Yusifzadə Məhəmməd İsrafil oğlu 7 il yarım idi ki, Azərbaycan Silahlı Qüvvələrində Vətənə xidmət edirdi. O, sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmiş və elə orada da yaralanaraq sol ayağını itirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə çavuş Yusifzadə Məhəmməd İsrafil oğlu “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir. Ailəlidir. 4 yaşlı qızı və 3 yaşlı oğlu var.
Qazi Yusifzadə Məhəmməd ilə görüş zamanı Fəqət Şadlinskaya bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, güclü Komandanlığı, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyuldu. 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü. Qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Qazi Yusifzadə Məhəmməd öz hərbidəki xidmətlərindən və ömür yolundan danışmış, pulsuz müalicə olunduğundan və protezlə təmin olunmağından, “YAŞAT” Fondu tərəfindən maddi köməklik edildiyindən söz açmış, möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində qazilərə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmişlər.
YAP rayon təşkilatının sədri və məsul işçiləri ailənin çətinlikləri ilə maraqlanmış və bəzi problemlərin həlli üçün köməkliklər göstərmişlər.

Daha çox xəbərlər