Gündəm 

HEYDƏR ƏLİYEVİN MİLLİ ÖNDƏRLİK TƏRCÜMEYİ-HALINDA NAXÇIVAN

Bu, danılmaz gerçəklikdir ki, mil­li döv­lət müs­tə­qil­li­yi­mizin ta­ri­xi ta­le­yin­də, ərazi bütövlüyümüzün təmin edilməsində və bir sıra mühüm tarixi-siyasi qərarların imzalanmasında Hey­dər Əli­ye­vin bioqrafiyasının Nax­çı­van döv­rünün məxsusi rolu və çəkisi var. Hey­dər Əli­ye­vin hakimiyyətə gəlişinin ikinci mərhələsinin başlanğıc məqamı və məkanı Naxçıvanla başlayır. Sonradan Azər­bay­can­ın so­si­al-mə­də­ni tə­rəq­qi ta­ri­xin­də yeni bir dönəm təşkil edəcək bu mərhələ yet­mi­şin­ci il­lə­rin tə­bii, mən­ti­qi da­va­mı­na çev­ril­məklə xalqın, dövlətin parçalanmaq təhlükəsinin qarşısının alınmasında müstəsna əhəmiyyət daşıyır. Amma bura qədər böyük liderin Naxçıvanda gerçəkləşdirdiyi sistemli, taleyüklü işlər var idi ki, bunlar bütün ölkə miqyasında aparılacaq dərin islahatların zəmini kimi xüsusi vurğu salınmasını tələb edir.

1990-cı ilin sent­yab­rın­da Nax­çı­van­dan Azər­bay­can Ali So­ve­ti­nə de­pu­tat, 1991-ci ilin sent­yab­rın­da isə Nax­çı­van Ali So­ve­ti­nin Səd­ri se­çi­lən Hey­dər Əli­ye­vin at­dı­ğı ilk ad­dım­lar onun sabahlı Azər­bay­can naminə müqtədir mübarizənin baş­la­nğıcı kimi simvolik əhəmiyyət daşıyır. Nax­çı­va­nın “Azad­lıq” mey­da­nın­da 80 min­dən çox insanın iş­ti­ra­kı ilə ke­çi­ri­lən iz­di­ham­lı mi­tinq­də böyük siyasətçi qətiyyətlə bildirmişdir: “…Mə­nim baş­lı­ca ar­zum Azər­bay­ca­nı si­ya­si və iq­ti­sa­di cə­hət­dən müs­tə­qil, de­mok­ra­tik res­pub­li­ka ki­mi gör­mək­dir”.

Hey­dər Əli­ye­vin Nax­çı­van­da­kı si­ya­si-iqtisadi-mə­də­ni fəa­liy­yə­ti haqqında geniş danışmaq olar. O, Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı Ali Məc­li­si­nin Səd­ri iş­lə­yər­kən bey­nəl­xalq sta­tus­lu Qars mü­qa­vi­lə­si­nin müd­dəa­la­rı­nı önə çək­miş, mü­qa­vi­lə­nin şərt­lə­ri da­xi­lin­də məq­səd­yön­lü döv­lət­çi­lik si­ya­sə­ti yü­rüt­müş, Azər­bay­can-Tür­ki­yə mü­na­si­bət­lə­ri, ha­be­lə, re­gi­on döv­lət­lə­ri ilə ye­ni əla­qə­lə­rin qu­rul­ma­sın­da mühüm addımlar atmışdır. Hey­dər Əli­yev Mux­tar Res­pub­li­ka­nın 75 il­lik yu­bi­le­yin­də (12 okt­yabr 1999-cu il) mux­ta­riy­ya­tın ta­ri­xi­nə, onun si­ya­si-hü­qu­qi sta­tu­su və Qars mü­qa­vi­lə­si­nin çağ­daş əhə­miy­yə­ti­nə ye­ni si­ya­si də­yər ver­miş­dir: “Nax­çı­van Azər­bay­ca­nın əsas tor­pa­ğın­dan ay­rı düş­dü­yü­nə gö­rə Nax­çı­va­nın bü­töv­lü­yü­nü, təh­lü­kə­siz­li­yi­ni, mux­ta­riy­ya­tı­nı gə­lə­cək­də də tə­min et­mək üçün Qars mü­qa­vi­lə­si bi­zim üçün çox bö­yük, əvə­zi ol­ma­yan bir sə­nəd­dir”.

Bu məqamda Ümummilli Liderin türk­çü­lük məf­ku­rə­si­nin ta­ri­xi zə­mi­ni və əsas­la­rı­na var­mağa ehtiyac var. Çıxışlarının birində belə qeydlər yer alır: “Ço­cuq ikən gənc yaş­la­rım­da Tür­ki­yə­yə bö­yük hör­mə­tim, mə­həb­bə­tim var idi. İn­di ola bi­lər ki, elə bö­yük sirr de­yil açım, o vaxt­lar mən türk di­li lü­ğə­ti­ni, türk di­li dərs­li­yi­ni gö­tür­müş­düm, türk di­li­ni öy­rə­nir­dim. Bu­nu da açıq de­yə bi­lə­rəm ki, mü­əl­li­mim də var idi, bir müd­dət – iki-üç il mə­nə türk di­li öy­rət­di. Tür­ki­yə­nin ta­ri­xi­ni öy­rə­nir­dim, şa­ir­lə­ri­ni öy­rə­nir­dim… Biz o vaxt­lar Tür­ki­yə­nin bö­yük şa­ir­lə­ri­ni, ya­zı­çı­la­rı­nı öy­rə­nir­dik. Əb­dül­həq Ha­mid, To­fiq Fik­rət və bir ne­çə baş­qa­la­rı bi­zim o vaxt, or­ta mək­təb­də oxu­du­ğu­muz il­lər­də ədə­biy­yat dərs­lik­lə­ri­mi­zə da­xil idi. Ədə­biy­yat dərs­lik­lə­rin­də Tür­ki­yə­nin bu bö­yük ya­zı­çı­la­rı­nın, şa­ir­lə­ri­nin əsər­lə­ri in­di də gö­zü­mün qa­ba­ğın­da­dır. Yə­ni mə­nim gənc yaş­la­rım­da bu tə­bii­dir, bu­ra­da heç bir qey­ri-tə­bii şey yox­dur, içə­rim­dən, kö­küm­dən, qəl­bim­dən, mə­nə­viy­ya­tım­dan gə­lən bir his­siy­yat­dır ki, Tür­ki­yə­yə bö­yük ma­raq­la, hey­ran­lıq­la ba­xır­dım”.

Az sonra bu heyranlıq Heydər Əliyevin bütün tərcümeyi-halının əsas hissəsinə çevrilir. Müxtəlif müqavilələr, qurulan körpülər, qarşılıqlı əməkdaşlıqlar və s. Hey­dər Əli­yev Nax­çı­van MR Ali Məc­li­si­nin Səd­ri ki­mi re­gi­on­da hər­bi-si­ya­si, iq­ti­sa­di-mə­də­ni və­zi­fə­lə­ri hə­ya­ta ke­çir­miş, qə­dim di­ya­rın er­mə­ni iş­ğa­lın­dan xi­la­sı­na tə­mi­nat ver­miş­dir. Tür­ki­yə və İra­nın döv­lət baş­çı­la­rı ilə da­nı­şıq­lar nə­ti­cə­sin­də əhalinin iq­ti­sa­di və­ziy­yə­ti qis­mən dü­zəl­miş, İğ­dır böl­gə­sin­dən çə­kil­miş elekt­rik xət­lə­ri he­sa­bı­na elekt­rik ener­ji­si ha­sil olun­muş­dur. Sə­də­rək­də Tür­ki­yə ilə Nax­çı­van ara­sın­da “Ümid kör­pü­sü”nün sa­lın­ması isə insanlar arasında inam hissinin güclənməsində əsaslı rol oynamışdır. Sonradan Ümummilli Lider bu körpünün qurulması ilə bağlı maraqlı məqamlara toxunacaqdı: “Biz Tür­ki­yə ilə Azər­bay­can ara­sın­da hə­yat kör­pü­sü­nü, ümid kör­pü­sü­nü ya­ra­dan­da mən qəribə his­slər ya­şa­dım… O vaxt mən Nax­çı­van­da ya­şa­yır­dım. Hə­ya­tım be­lə gə­tir­di ki, mən Nax­çı­van­da do­ğul­dum, bö­yük bir yol keç­dim, Mosk­va­ya get­dim. On­dan son­ra gə­lib do­ğul­du­ğum yer­də ya­şa­ma­ğa məc­bur ol­dum. Mə­nim üçün bu da çox gö­zəl bir dövr­dür. Ona gö­rə gö­zəl bir dövr­dür ki, Tür­ki­yə ilə Azər­bay­can ara­sın­da əsr­lər bo­yu həs­rə­tin­də olu­nan kör­pü­nün ti­kil­mə­sin­də iş­ti­rak et­dim, o kör­pü­nün in­şa­sı­nı apar­dım və Tür­ki­yə­nin bö­yük oğ­lu Sü­ley­man Də­mi­rəl­lə, Tür­ki­yə­nin mil­lət və­kil­lə­ri ilə, na­zir­lə­ri ilə bir­lik­də həs­rət, ümid kör­pü­sü­nü bir yer­də aç­dıq…”.

Nax­çı­va­nın er­mə­ni iş­ğa­lın­dan xi­la­sı, onun si­ya­si-hü­qu­qi tə­mi­na­tı­nın möh­kəm­lən­di­ril­mə­si, iq­ti­sa­di böh­ra­nın ara­dan qal­dı­rıl­ma­sı Hey­dər Əli­ye­vin ta­ri­xi xid­mə­ti­dir. Onun sədr­li­yi ilə 1990-cı ilin noyabrında Nax­çı­van MR Ali Məc­li­si­nin Ses­si­ya­sın­da üç­rəng­li mil­li bay­ra­ğın göy­lə­rə qal­dı­rıl­ma­sı, dal­ğa­lan­dı­rıl­ma­sı və döv­lət at­ri­bu­tu ki­mi qə­bul edil­mə­si istiqlal tariximizin ən mühüm, ən dəyərli faktlarından biridir. Bu böyük şəxsiyyətin mil­li is­tiq­la­lı­mız üçün bir şə­rəf­li xid­mə­ti o dövr­də SSRİ-nin sax­la­nıl­ma­sı­na da­ir re­fe­ren­du­mun ke­çi­ril­mə­si­nə eti­raz və onun Nax­çı­van­da tət­bi­qi­nə yol ver­mə­mə­si ilə bağ­lı ol­muş­dur.

Bö­yük ön­dər Hey­dər Əli­yev XX əs­rin 90-cı il­lə­rin­də Nax­çı­van­da cə­miy­yət hə­ya­tı­nın bü­tün sa­hə­lə­ri­ni əha­tə edən in­ki­şa­fın zə­mi­ni ol­muş­dur. Naxçıvanın ordu quruculuğu, aqrar siyasətin sənayeləşdirmədə uğuru, sərhəd gömrük xidməti, iqtisadi təhlükəsizliyə təminatı, “Naxçıvan” avtomobili, beşulduzlu “Təbriz”, “Duzdağ” otelləri, yeni şəhərsalma modelinə diqqət yönləntmək, Naxçıvan şəhər aerportunun, Sədərək-Türkiyə yolunun tikintisi və s.  kimi məsələlər Heydər Əliyevin sayəsində gerçəkləşmişdir.

Çə­tin gün­lər­də Naxçıvan Dövlət Universitetinin 25 il­li­yi ke­çi­ril­miş, 100 nə­fər or­ta mək­təb mə­zu­nu Tür­ki­yə­yə ali təh­si­lə gön­də­ril­miş­dir. Onun təşəbbüsü ilə 23 okt­yabr 1992-ci il­də Nax­çı­van­da Hü­seyn Ca­vi­din 110 il­li­yi tən­tə­nə­li qeyd edil­miş, ev-mu­ze­yi ye­ni­dən qu­rul­muş, mə­za­rı üzə­rin­də məq­bə­rə­si ti­kil­miş və 1996-cı ilin okt­yab­rın­da açı­lı­şı ol­muş­dur.

Məş­hur “Əs­ha­bi-Kəhf” zi­ya­rət­ga­hı­nın bər­pa­sı və qo­run­ma­sı, “Gə­mi­qa­ya” abi­də­si­nin təd­qi­qi, Nuh pey­ğəm­bə­rin mə­za­rüs­tü tür­bə­si­nin, Köh­nə qa­la di­var­la­rı­nın bər­pa­sı, Xa­nə­gah şə­hə­ri­nin üzə çı­xa­rıl­ma­sı, Cə­lil Məm­məd­qu­lu­za­də, Məm­məd Sə­id Or­du­ba­di, Hü­seyn Ca­vid, Yu­sif Məm­mə­də­li­ye­vin ev mu­zey­lə­ri, Ta­rix di­yar­şü­nas­lıq və Xal­ça mu­zey­lə­ri, Xan sa­ra­yı komp­lek­si­nin ye­ni­dən qu­rul­ma­sı, “Gə­mi­qa­ya” ya­zı­la­rı­nın təd­qi­qi, mil­li-ta­ri­xi ənə­nə­lə­rə yi­yə­lən­miş zi­ya­lı nəs­li­nin ye­tiş­mə­si, mək­təb ti­ki­li­lə­ri və bər­pa­sı iş­lə­ri və s. kimi saysız-hesabsız işlər Heydər Əliyevin diqqəti sayəsində gerçəkləşmişdir.

21 no­yabr 1992-ci il­də Nax­çı­van şə­hə­rin­də Ye­ni Azər­bay­can Par­ti­ya­sı­nın ya­ra­dıl­ma­sı, bö­yük döv­lət xa­di­mi Hey­dər Əli­ye­vin bu par­ti­ya­nın Səd­ri se­çil­mə­si ilə ge­niş mə­na­da ye­ni qu­rul­muş gənc res­pub­li­ka­nın si­ya­si hə­ya­tın­da bö­yük dö­nü­şün əsa­sı qo­yul­muş­dur. Bu partiya xalqın tarixi taleyində hansı rolu oynadı, siyasi birlik olaraq özünü necə doğrultdu, bu, ayrıca yazının predmetidir. Yalnız bunu deməyə ehtiyac var ki, bu gün qazanılan Zəfərdə, Ali Baş Komandan İlham Əliyevin səriştəsi və milli iradəsi ilə əldə edilən misilsiz qələbəmizdə, dirçəliş və özünəqayıdış dönəminin hər çalarında deyil, partiyanın adı ilə bağlı olan hər bir də­yər­li məqamda, uğur və nailiyyətlərdə bü­tün çə­tin­lik­lə­ri, irə­li­yə doğ­ru ad­dım­la­rı ilə bir­gə Ulu Öndərin tə­mə­li­ni qoy­du­ğu müa­sir Azər­bay­ca­nın ob­ra­zı var. Partiyanın öz obrazının hü­dud­la­rı və hü­dud­suz­lu­ğu da bu pa­ra­metr­lər­də gö­rü­nür, ger­çək­lə­şir.

Əlbəttə, ümummilli lider Heydər Əliyevin qayıdışının Naxçıvan dövründən çox danışmaq olar. Onun Nax­çı­van Muxtar Res­pub­li­ka­sı­nın hə­ya­tın­da oy­na­dı­ğı ro­lun miqyası çox böyükdür, taleyüklüdür, vüsətli və fundamental əsaslıdır.

Elnarə Akimova,
YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru

Daha çox xəbərlər