Nuradan Rəşada cavab
Əməkdar artist Rəşad İlyasovun “Disk köhnədir, Nura yalan danışmasın” sözlərinə qarşı tərəfdən cavab gəlib. ARANTV.AZ-ın məlumatına görə, Nura Suri əməkdar artistinə cavabı sosial şəbəkədə yazıb: “Yalan danışmaq ən böyük günahlardan biridir. İpad-dən və mini diskdən kəsilib 2 dəfə, ağ yalandır danışdığın. Komp yox idi deyə flaşkadan verə bilmədiniz. Sənin apparaturan köhnədi. Həmən gün başqa toydan gəlirdim. O qədər tədbirdə oluram, mənimbelə problemim olmur”. Qeyd edək ki, müğənni Nura Suri əməkdar artist Rəşad İlyasovun ona etdiyi pisliyi sosial media hesabında paylaşaraq həmkarını biabır edib.

