Cəmiyyət 

Komitə sədri: Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” qanun layihəsi hazırlanıb

“Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” qanun layihəsi parlament tərəfindən artıq hazırlanıb”.

ARANTV.AZ  xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, bu layihənin maliyyə yükü çox azdır: “Əgər maliyyə yükü çoxdursa da, bu Diasporla İş üzrə Dövlət Komitəsinin işidir. Maliyyə Nazirliyi büdcə müzakirələrində artıq bunu nəzərə alsa, biz bu layihəni Milli Məclisdə müzakirəyə çıxaracağıq. Amma indiki halda biz bu layihə ilə bağlı dinləmələrin keçirilməsini nəzərdə tutmuşuq”.

Daha çox xəbərlər