İcra başçısından yeni kadr təyinatı
Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədovun əmri ilə Yaqub Arif oğlu Yaqubov Şamaxı rayon icra hakimiyyəti başçısının köməkçisi təyin olunub.
ARANTV.AZ xəbər verir ki, bu barədə Teleqraf.com məlumat yayıb.
Qeyd edək ki, ziyalı ailəsində anadan olan Y.Yaqubov siyasi elmlər üzrə fəlsəfə doktorudur, rus və ingilis dillərində sərbəst danışır.
Xatırladaq ki, Tahir Məmmədov Prezident İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

