XİN: Şəhidlərimizin əziz xatirəsini dərin hörmət, ehtiram və qürurla yad edirik – FOTO
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Twitter” hesabında 27 sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.
ARANTV.AZ xəbər verir ki, paylaşımda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.
“27 sentyabr – Anım Günündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlaından keçən bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət, ehtiram və qürurla yad edirik”, – paylaşımda qeyd edilib.

