Qonşuları ilə mübahisə etdi, özünü pəncərədən atmaq istədi – Hadisə yerindən FOTOLAR
Hadisə Türkiyənin “Kırklareli” adlı ərazisində baş verib.
ARANTV.AZ xəbər verir ki, Gülşen.T adlı xanım qonşuları ilə mübahisə edib. Mübahisədən sonra qadın 3-cü mərtəbəyə çıxaraq özünü atmağa cəhd edib. Hadisə yerinə gələn polislər qadını çıxdığı pəncərədən düşməyə razı salmağa çalışıb. Danışıqlar 3 saat çəksə də, Gülşeni fikrindən daşındırmaq mümkün olmayıb.
Polis qapını açmaq üçün hadisə yerinə çilingər çağırıb. Yalnız bundan sonra qadını xilas etmək mümkün olub və xəstəxanaya yerləşdirilib.



big.az

