Cəmiyyət 

Azərbaycanda bu məhsulların satışı qadağan ediləcək – VİDEO

Etiketləri Azərbaycan dilinə tərcümə olunmayan malların idxalı dayandırılır.

Hər il ölkəyə dəyəri milyon manatdan yüksək olan məhsul idxal edilir. Məhsulların üzərinə də müəyyən etiketlər vurulur ki, onların vasitəsilə də lazımi məlumatlarıı əldə etmək mümkün olur. Vətəndaşlardan bəziləri etiketin üzərində hərflərin çox kiçik çap edildiyindən, bir qismi isə Azərbaycan dilində yazının olmadığından gileylənirlər.

Bəzi məhsullarda etiketlərin doğma dildə olmadığını Qida Təhlükəsizliyi Agentliyinin idxal və ixraca nəzarət şöbəsinin müdiri Əkbər Əliyev də təsdiqləyib. Şöbə müdiri bildirib ki, idxal olunan qida məhsullarının üzərindəki etiket məlumatları və adların idxalçı şirkətlər tərəfindən dilimizə tərcümə edilməməsi ilə bağlı bir sıra uyğunsuzluqlar aşkarlanıb. Bununla əlaqədar olaraq da müxtəlif ticarət subyektləri ilə görüşlər keçirilib, qanunvericiliyin müddəları onların diqqətinə çatdırılıb.

Əkbər Əliyevin sözlərinə görə, bu cür hallar davam edərsə, həmin məhsulların idxalına qadağa qoyula bilər. Çünki, istehlakçının dəqiq məlumat ala bilməməsi təhlükəni qaçılmaz edir.

Məhsulların üzərinə Azərbaycan dilində etiket məlumatlarının yerləşdirilməsi ilə bağlı ticarət şəbəkələrinə də xəbərdarlıq edilib. (xəzərxəbər)

Daha çox xəbərlər