Bizdə istinadla bağlı monitorinq aparmaq üçün proqram təminatı var.
ARANTV.AZ xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
Onun sözlərinə görə, hansısa saytda məlumat gedirsə, o məlumatın o media subyektinə aid olub-olmadığını ayırd edə bilirlər: “Bundan başqa istinad halları ilə bağlı pozuntuların da qarşısının alınması üçün video screen metodu tətbiq edirik. Artıq bir xəbərin ilk olaraq hansı saytda dərc edildiyini təyin etmək çox asandır”.
