Əhməd İsmayılov: Media reyestri sisteminin testləri artıq bitib
“Media reyestri sisteminin testləri artıq bitib”.
ARANTV.AZ xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, media reyestri yaxın günlərdə istifadəyə veriləcək: “Media reyestrinə düşmək üçün media subyektlərinin müraciəti vacibdir”.
Ə. İsmayılov media subyektlərində monitorinqlərin aparılması məsələsinə də toxunub: “Təkzib vermə, cavab vermə qaydaları burada əsas amildir. Monitorinq üçün Mətbuat Şurası ilə birlikdə iş aparacağıq”.

