Hadisə 

20 Yanvar dairəsində avtomobil səkiyə çırpıldı: xəsarət alan var – VİDEO

Metronun “20 Yanvar” stansiyasının yaxınlığında bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  xəbər verir ki, 1993-cü il təvəllüdlü Hüseynov Nurlan Balakişi oğlu idarə etdiyi “KİA” markalı avtomobillə dairəvi yolla hərəkətdə olarkən anidən idarəetməni itirib.

Nəticədə, avtomobil yol kənarındakı səkiyə çırpılıb.

Qəza zamanı Nurlan Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

İlkin ehtimala görə, qəzaya səbəb yağışlı hava şəraitində sürət həddinin aşılması olub.

Faktla bağlı araşdırma aparılır.

oxu.az

Daha çox xəbərlər