Piyadanı öldürərək hadisə yerindən qaçdı
Şirvanda gecə saatlarında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, avtomobil Çirpaqlı qəsəbəsində piyadani vuraraq hadisə yerindən qaçıb.
Ölən piyada 1967-ci il təvəllüdlü Xələfov Məhərrəməli Məstan oğludur. Meyit Şirvan şəhər xəstəxanasında morqa təhvil verilib.
Hazırda hadisəni törədərək qaçmış sürücünün kimliyi dəqiqləşdirilir. Faktla bağlı Şirvan şəhər polisi tərəfindən araşdirma aparılır.publika.az

