Azərbaycan Türkiyədə yeni neft-kimya kompleksinin tikintisinin başlayacağı TARİXİ açıqlayıb
“SOCAR Turkey” şirkəti Türkiyədə yeni neft-kimya kompleksinin tikintisini 2020-ci ilin sonunda başlamağı planlaşdırır.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu şirkətin layihələr üzrə meneceri Emil Alxaslı Bakıda SOCAR-ın IV beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” forumu çərçivəsində keçirilən Xəzər və Mərkəzi Asiya Regionlarının Emal və Neft-kimya Sənayesi – Layihələr və Texniki Həllər konfransında deyib.
Onun sözlərinə görə, layihənin dəqiq dəyəri bu ilin sonunda məlum olacaq:
“Kompleksin 2023-cü ilin sonunda istifadəyə verilməsi planlaşdırılır”.

