Hadisə 

Avtobus 7 yaşlı uşağı vurub öldürdü

Yevlaxda sərnişin avtobusu 7 yaşlı uşağı vuraraq öldürüb.

ARANTV.AZ  xəbər verir ki, hadisə rayonun Qoyunbinəsi kəndində qeydə alınıb.

Yaşadığı evdən qəfil yola çıxan 7 yaşlı Əsgərova Ləman Asim qızını kənd avtobusu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.Unikal.org

Daha çox xəbərlər