Region Xəbərləri Təhsil 

Mina nədir, necə təmizlənir, minalardan təmizlənməsi nə qədər çəkə bilər?

Noyabrın 1-də Şorəlli kənd tam orta məktəbin G.Ç.H.rəhbəri Ə.Məmmədov IX və XI sinif şagirdləri ilə piyada və tank əleyhinə mina təhlükəsizliyi mövzusunda marifləndirici tədbir keçirib.
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur.
Fransada hələ Birinci dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər. Onlar otu yeyərkən minanı tapırlar və partlayırlar. Yerli hakimiyyət orqanları bu üsulun qəddar olduğunu etiraf edirlər. Bununla yanaşı, onlar qeyd edirlər ki, qoyunların minada partlaması insanların ölməsindən daha yaxşıdır[1].
Tank və Piyada əleyhinə minalar: Onlar öldürmək və ya şikəst etmək üçün hazırlanıb, kiminsə həyatını xilas etmək üçün yox

Daha çox xəbərlər