Kubada ağır yol qəzası: ölən və yaralananlar var
Kubada ağır yol qəzası olub.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, kuzovunda sərnişin daşıyan yük avtomobili aşıb. Hadisə nəticəsində bir nəfər ölüb, 15 nəfər isə yaralanıb.
Yaralananlardan üçünə tibbi yardım artıq göstərilib, digərləri isə xəstəxanalardadı.
Polis araşdırma aparır.

