Manset 

Xalqımız zəfər tariximizin ikinci ildönümünü böyük qürurla qeyd edir

Bu günuşaqdan böyüyə kimi hamının ürəyi qələbə təşnəsi ilə döyünürdü

 İki il öncə bugünki gün Ermənistan silahlı qüvvələri yeni ərazilər işğal etmək məqsədilə Azərbaycanın dövlət sərhədlərini pozaraq müxtəlif istiqamətlərdə təxribatlar törətməyə cəhd etdi. Və təbii ki, Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks hücuma keçərək düşmən üzərində başgicəlləndirici qələbələrə imza atdı. İllər idi ki, torpaq itkisi ilə hec cürə barışmayan Azərbaycan xalqı öz ərazilərini mənfur düşməndən azad etmək üçün tarixi bir şans gözləyirdi.Azərbaycanın 44 günlük  zəfər müharibəsini şərh edən yerli və beynəlxalq ekspertlər qeyd edirlər ki, dünya hərb tarixində hakimiyyət, xalq və ordunun birliyini təkrar edən ikinci belə bir təcrübəyə rast gəlmək, demək olar ki, mümkünsüzdü. Nəzərə alsaq ki, düşmən ərazi baxımdan çox böyük strateji üstünlüyə malik idi, Azərbaycan ordusunun bütün bu əraziləri qısa bir zaman kəsiyində azad etməsi, hətta Amerika və digər böyük ölkələrin generallarında böyük təəccübə səbəb olub. Azərbaycan ordusu mövcud tarixi gerçəkliyi nəzərə alaraq işğala məruz qalmış ərazilərini azad etmək məqsədilə günbəgün modernləşdirilir, taktiki-strateji baxımdan daha müasir standartlar müstəvisində inkişaf etdirilir, əsgər və zabit heyəti arasında mənəvi-psixoloji, fiziki hazırlıqlar maksimum səviyyədə aparılırdı. Və ən nəhayət o gün gəldi, Azərbaycan əsgəri öz doğma torpaqlarını azad etmək üçün ölüm-dirim savaşına atıldı. Xalq da öz növbəsində döyüşən orduya maddi və mənəvi dəstəyini ən yüksək səviyyədə nümayiş etdirirdi. Çoxdan bəri böyük həsrətlə gözlənilən qələbə xəbərləri ard-ardıya gəlməyə başladı. Oktyabrın 3-də Suqovuşan üzərində Azərbaycan əsgəri şanlı bayrağımızı dalğalandırdı. Bu qələbə istər əhali, istərsə də əsgərlər arasında böyük ruh yüksəkliyinə səbəb oldu. Daha sonra Azərbaycan əsgəri Cəbrayıl istiqamətində uğurlu və ildırımsürətli əməliyyatlara başladı. Qısa bir zaman kəsiyində, oktyabrın 4-də Cəbrayıl şəhəri mənfur düşmənlərdən azad edildi.Azərbaycan ordusunun sürətli hücumlarından dəhşətə gələn düşmən əsgərləri arasında fərarilik halları, artıq adi hala çevrilmişdi. Düşmən qaçmağa belə yer tapmırdı, hətta qaçmasın deyə erməni zabitləri əsgərlərini hərbi maşınlara zəncirləyir, bu yolla müsbətə doğru nəyinsə dəyişəcəyinə ümid bəsləyirdilər. Lakin Azərbaycan əsgəri son hədəfə çatmayınca dayanmağı ağlına belə gətirmirdi. Azərbaycan əsgəri şanlı bayrağımızı Şuşada, Laçında, Kəlbəcərdə, Qubadlıda, Ağdamda, Fizulidə, Zəngilanda və digər işğal altında inləyən ərazilərimizdə dalğalandırmaq təşnəsi ilə qanlı döyüşlərə atılmışdı. Yox idi elə bir güc ki, Azərbaycan əsgərinin qisas hissi qarşısında tab gətirsin. Sən ey Azərbaycan əsgəri,bir həmlə ilə tarixə bu xalqın qəhramanlıq səlnaməsin yazdın! Əziz əsgər, bu gün sən fəth etdiyin hər zirvədən ucasan, amma səndən də yüksəkdə şanlı bayrağımızdır, məhz sənin sancdığın bayraq! Onun kölgəsi isə Vətəndir, yurduna sahib çıxan əsgər… Xalqın  otuz illik iztrablarına son qoyan Azərbaycan əsgəri, qarşında baş əyirik. Sənin bu qələbən sayəsində dünya bu xalqın kimliyini tanıdı, bizimlə hesablaşmağın zəruriliyini anladı.

Azərbaycan ordusunun ilk qələbələrini həzm edə bilməyən, hər zaman ikili standartlardan çıxış edən xarici qüvvələr bu qələbəni yarımçıq qoymaq əzmi ilə, sözün əsil mənasında informasiya müharibəsinə başladılar. Lakin yanılırdılar,anlamırdılar ki, qarşılarında böyük siyasətçi, əyilməz iradə sahibi Ali Baş Komandan İlham Əliyev kimi bir sərkərdə dayanıb. Azərbaycan əsgəri səngərdə tarix yazdığı bir zamanda Prezident İlham Əliyev də siyasət meydanında, sözün əsil mənasında qəhramanlıq tarixi yazırdı. Qərəzli, birtərəfli mövqe nümayiş etdirən xarici ölkələrin mətbuat nümayəndələri ilə demək olar ki, dövlət başçısı İlham Əliyev hər gün ikinci bir cəbhədə döyüş aparırdı. Dünyanın məşhur informasiya mərkəzlərini təmsil edən jurnalistlərə müsahibə verən İlham Əliyev öz arqumentləri, tarixə söykənən səlist məntiqi mülahizələri ilə, demək olar ki, təkbaşınaölkəsininə informasiya müharibəsində də qalibiyyət qazandırdı. Ali Baş Komandanın bu əzmindən daha da ilhamlanan Azərbaycan əsgəri də öz növbəsində döyüş meydanında hər gün qəhramanlıq salnamələri yazırdı. Uşaqdan böyüyə kimi hamının ürəyi qələbə təşnəsi ilə döyünürdü. Mülki əhalinin əsgərlərə göstərdiyi maddi və mənivi yardımlar hərbiçilər arasında daha böyük uğurların əldə edilməsinə vəsilə olurdu. Hər gün qələbə xəbərləri efirlərin bəzyinə çevrilmişdi. Hamı uşaqdan böyüyə kimi Ali Baş Komandanın qələbə dolu müjdələriniböyük intizarla gözləyirdi. Hər evdə hər gün qələbə təntənəsi yaşanırdı. İllər idi ki, bu xalq belə xəbərlərin həsrəti ilə qovrulub yanırdı. Məğlubedilməz Azərbaycan əsgəri hər gün qazandığı şanlı qələbələri iləmillətin yanan ürəyinə, sözün əsil mənasında su çiləyirdi.

Ermənilərin gözləmədiyi və ağıllarına gəlmədiyi bir zamanda, 9 oktyabrda şanlı ordumuz Hadrut qəsəbəsini işğalçılardan azad etdi. Artıq düşmən məğlubiyyətin qaçılmaz olduğunu anlamışdı. Ermənistan prezidenti xarici ölkələrə müraciətlər edir, imdad diləyirdi. Lakin çox gec idi. Qardaş Türkiyə dövləti və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq şəkildə Azərbaycanın yanında olduğu və lazım gələrsə bütün müstəvilərdə bu müharibəyə qoşulacaqları barədə verdiyi bəyanatlar xarici qüvvələrin əl-qolunu bağlamışdı. Həmin qüvvələr anlayırdılar ki, hər hansı şəkildə bu proseslərə müdaxilə etsələr qarşılarında Türkiyə kimi bir güclü dövləti görəcəklər. Qardaş Pakistan dövləti və onun Prezidenti İmran Xanın da öz növbəsində Azərbaycanı dəstəkləyən açıq bəyanatları da öz müsbət nəticəsini vermiş oldu. Bütün bu dost, qardaş təəssübkeşliyindən daha da ilhamlanan Azərbaycan əsgəri də öz növbəsində döyüş meydanında düşmənə göz açmağa macal vermirdi. 17 oktyabrda şanlı ordumuz Füzuli şəhərində Azərbaycan bayrağını dalğalandırdı. Ardınca, 18 oktyabrda Xudafərin körpüsü üzərində Azərbaycan əsgəri şanlı bayrağımızı sancdı. Artıq bununla da düşmənin İran ərazisindən qeyri-qanuni silah-sursat təhçizatına son qoyuldu. Qeyd etmək lazımdır ki, Rusya tərəfi İran vasitəsi ilə mütəmadi olaraq bu ərazilərdən düşməni bütün növ silahlarla təhciz edirdi. Çox keçmədi ki, Azərbaycan əsgəri növbəti bir qələbəsi ilə xalqımızı müjdələdi. Zəngilan şəhəri 20 oktyabrda düşmənlərdən tamamilə təmizləndi. Təcavüzkar düşmən artıq can verirdi, əsgərlər arsında vahimə, qorxu fərarilik baş alıb gedirdi. Hara gəldi qaçırdılar, hətta xeyli sayda düşmən əsgəri sağ qalmaq naminə könüllü Azərbaycan tərəfinə təslim olur, ağ bayraq qaldırırdılar. Azərbaycanın şanlı ordusu 26 oktyabrda Qubadlı şəhərini də yağı düşməndən azad etdi. Artıq ordumuzun hədəfi Azərbaycanın mədəniyyət mərkəzi Şuşaya istiqamətlənmişdi. Hər tərəfi uçrum qayalarla əhatə olunmuş alınmaz bu qalanı azad etmək elə də asan deyildi. Lakin Azərbaycan əsgərinin qarşısında dura biləcək heç bir sədd, maneə yox idi. Ağır, qanlı döyüşlərdən sonra qədim Şuşa şəhəri də erməni vandallarından azad edildi. O günlər Şuşada olan Fransanın nüfuzlu media orqanının əməkdaşınınsöylədikləri Azərbaycan əsgərinin Şuşanın alınmasında necə bir şücaət göstərdiyinə bariz nümunə ola bilər. Təsadüfi deyil ki, Şuşanın azad edilməsinə münasibət bildirən  Ali Baş Komandan İlham Əliyev demişdir: “Zəfərimizin ən yüksək zirvəsi Şuşa əməliyyatı oldu. Zəfər yolu ilə Şuşaya gələn hər kəsbizim ora haradan getdiyimizi görə bilər. Bu, fiziki və mənəvi səylərin inanılmaz səfərbərliyi idi. Günlərlə meşədə, yolsuzluq şəraitində, yüngül silahlarla, yorulmadan irəliləmək və sonradan Şuşa şəhərini azad etmək misilsiz rəşadət,qəhramanlıq nümunəsidir. Təbii ki, Şuşanın azad edilməsi düşmənin belini qırdı, onlar demək olar, bundan sonra təslim oldular”.

Bəli, doğrudan da Şuşanın azad edilməsi Ermənistanı kapitulyasiya aktına imza atmaq dilemması ilə üz-üzə qoydu. Nəticə etibarilə Kəlbəcər, Laçın və Ağdam rayonları döyüşsüz təslim edildi. Düşmən bütün müstəvilərdə məhv edildi, ağır məğlubiyyətə uğradıldı. Azərbaycan əsgəri qanı-canı bahasına əzəli torpaqlarımızda şanlı bayrağımızı dalğalandırmağa müvəffəq oldu. Xalqımıza qalibiyyət bəxş edən Zəfər Müharibəsində minlərlə şəhid verdik. Böyük amallar uğrunda canlarından keçən, şüurlu şəkildə ölüm-dirim savaşına atılan şəhidlər öz ömür paylarını gələcək nəsillərin xoşbəxtliyinə ərmağan etdilər. Azadlığı, müstəqilliyi babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq dağ qədər əzəmətlidir. Şəhidlərimizin ruhları, bir mahnıda olduğu kimi,artıq Vətən göylərində azad dolaşırlar.

Öz qanları, canları ilə torpaqlarımıza yeni nəfəs gətirən qazilərimizə də öz növbəsində dövlət tərəfindən böyük dəstək göstərilir. İndiyə qədər xeyli sayda

müalicəsi Azərbaycanda mümkün olmayan qazi qardaşlarımız qardaş Türkiyə və digər xarici ölkələrə müalicəyə göndərilib. Xeyli sayda qazilər ev, avtomobil və digər imtiyazlarla təmin ediliblər. Prezident İlham Əliyevin də dediyi kimi bu gün qazilərə və müharibə veteranlarına ən yüksək formada qayğı göstərilməlidir. Bu günün sevincini, qürurunu bizlərə bəxş edən qəhraman qazilərimizdir. Bu insanlar heç vaxt unudulmamalı, ölümsüzlüyə qovuşmalıdırlar. Əks halda əldə etdiyimiz qələbələrin heç bir dəyəri də ola bilməz. Zəfər Müharibəsində əldə etdiyimiz qələbənin əbədiliyinin təmin olunması istiqamətində daha da sıx birləşməyi şəhidlərimizin müqəddəs ruhları bizlərdən tələb edir.

Şanlı qələbələrlə dolu Zəfərlərin əbədi olsun, Azərbaycan!

 

Şeyda Əzizova

“AranMedia”QROUP-un direktoru

 

Daha çox xəbərlər