BDU-nun rektoru tələbələrlə birlikdə çay içdi, əyilib yerdən zibil götürdü – FOTO
Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayev tələbələrlə birlikdə görüntülənib.
ARANTV.AZ xəbər verir ki, təyin edildiyi vaxtdan etibarən tələbələrə qarşı xoş münasibəti ilə fərqlənən rektor daha bir addımı ilə seçilib. Belə ki, sosial mediada Elçin Babayevin tələbələrlə universitetin bufetində çay içdiyi fotosu yayılıb.
Onun növbədə dayanaraq çay alması və daha sonra gəlib tələbələrlə birlikdə əyləşdiyi qeyd olunub. Rektor ayağa qalxarkən ona yaxınlaşan tələbələr ilə söhbət edib, hətta əyilib yerə düşən zibili də götürüb.

big

