Prezident İlham Əliyev Syerra-Leone Prezidentini təbrik edib
Prezident İlham Əliyev Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bioya təbrik məktubu göndərib.
ARANTV.AZ azərtac-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident, Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və tərəqqi diləyirəm”.

