Bərdə şəhərindəki küçələrdən birinə şəhid Əli Məmmədzadənin adı verilib
Bərdə şəhər Cavanşir küçəsinin adına dəyişiklik edilib.
ARANTV.AZ xəbər verir ki, küçə indi Bərdə rayonunun Mirzəalıbəyli kəndində anadan olmuş şəhid Məmmədzadə Əli Turan oğlunun adını daşıyır.
Əli Məmmədzadə 15 fevral 2002-ci ildə ildə Bərdə rayonun Mirzəalibəyli kəndində anadan olub. 2008-ci ildə Ağdamda 4-cü sinifə qədər təhsil alıb. Həmin ildə Bakıda 65 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. 2016-ci ildə 9 cu sınifi bitirdikdən sonra təhsilini litseydə davam etdirib. 2019- cu ildə Sumqayıt komputer üzrə peşə litseyinə qəbul olub . Daxili Qosunlarin kəşfiyyat bölməsinə daxil olub. 07.08 .2020-ci ildə Hərbi xidmətə başlayıb. Cox kecmir ki, topraqlarımızın azaldığı uğrunda gedən 2 ci Qarabağ muharibesinde iştirak edib . Füzuli, Suqovuşan, Hadrut, Cəbrayilın işğaldan azad olunmasında iştirak edib. Murovdağdakı ağır döyüşlərdə fədəkarlıq göstərib. Axırıncı dəfə,07.11.2020-ci ildə Şuşa istiqamətində gedən qizğin doyuşler zamanı qəhrəmanlıq göstərərək şəhid olub. 20.11.2020- ci ildə Bərdə rayonunun Mirzəalıbəyli kəndində müqəddəs torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədzadə ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

