QMİ Ramazan ayının başlaması ilə bağlı fətva verdi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazisinin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi miladi təqvimlə mayın 6-na təsadüf edəcək.
Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq.

