Cəmiyyət 

Yeni sədr Cavid Qurbanovun yaxın kadrını işdən çıxartdı

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Rövşən Rüstəmov adıçəkilən qurumda kadr dəyişikliklərinə başlayıb.

Manset.az xəbər verir ki, R.Rüstəmovun müvafiq əmri ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəisi Mehman Əhmədov tutduğu vəzifədən azad olunub. Onun yerinə isə Elçin Zülfüqarov təyin edilib.

Qeyd edək ki, Mehman Əhmədov “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Cavid Qurbanovun yaxın kadrlarından olub.

Daha çox xəbərlər