Cəmiyyət 

“O dəhşətli gün bir qız belə güllə yarası almadı” – ADNA rektoru faciə qurbanı olan tələbələr haqda

Bu gün ADNA faciəsinin 10 ili tamamlanır.

Bu münasibətlə ali məktəbdə anım törəni düzənlənib. Öncə 30 aprel qurbanlarının xatirəsinə ucaldılmış barelyefin qarşısına əklillər qoyulub.

Tədbirdə ADNA terroru qurbanlarını xatirəsinə həsr olunmuş 30 dəqiqəlik film nümayiş olunub.

Anım tədbirində ADNA-nın rektoru Mustafa Babanlı çıxış edib. Bildirib ki, terror qurbanlarının xatirəsi üçün hər il belə bir film çəkiləcək: “Onların xatırəsi əbədi olaraq qalacaq. Görün, bu gənclər necə qəhrəmanlıq ediblər ki, bir qız tələbə belə güllə yarası almayıb. Bizim təsəllimiz universitetimizin öndə olması, ölkəmizin dünya ölkələri sırasında olmasıdır”.

Daha sonra faciəli olay zamanı övladlarını itirən valideynlər və yaralananlar yaşadıqları dəhşətli anlarla bağlı fikirlərini paylaşıblar.

mənbə: news24.az
"O dəhşətli gün bir qız belə güllə yarası almadı" - ADNA rektoru faciə qurbanı olan tələbələr haqda

Daha çox xəbərlər