Azərbaycan xalqının və dost ölkələrin qürur yeri-Hərbi Qənimətlər Parkı
Artıq iki ilə yaxındır ki, Xəzərin sahilində Hərbi Qənimətlər Parkı fəaliyyət göstərir. Burada Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda
Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində ələ keçirilən hərbi qənimətlərin bir qisminümayiş etdirilir. Ziyarətçilər arasında bu parkı muzey adlandıranlar da çox olur.Ziyarətçilərin təəssüratlarından məlum olur ki, Zəfər Müharibəsinin nişanələrini özündə əks etdirən bu məkan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün edib. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla dollar vəsait sərf etdiyi, “keçilməz” dediyi nəhəng istehkamları qısa müddətdə şanlı Azərbaycan əsgəri darmadağın edib.”Məğlubedilməz”
Ermənistan Ordusuna aid 522 hərbi yük maşınının nömrələrinin toplandığı xüsusi lövhənin nümayiş etdirildiyi kompleksdə həmçinin, KUB, OSA zenit raket kompleksləri, 150-dək ağır texnika, T-72 tankları, piyadaların döyüş maşınları, 2S1 özüyeriyən artilleriya qurğusu və digər eksponatlar yer alıb. Düşməndən hərbi qənimət kimi götürülən, Ermənistanın anti-Azərbaycan təbliğatının bir hissəsinə çevirdiyi “İskəndər M” tipli raket sisteminin qalıqlarının da nümayiş olunduğu Qənimətlər Parkı “Dəmir yumruq” əməliyyatının tarixi əhəmiyyətini bir daha göstərir.
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqı və dost ölkələr üçün qürur yeri olduğu halda, ermənilər üçün göz dağına çevrilib. Qəhrəmanllq səlnaməsinin bariz nümunəsi olan Hərbi Qənimətlər Parkı yenidən torpaq işğal etmək üçün müharibə eşqinə düşənlər, onlara havadarlıq edənlər üçün kabus, bütün Azərbaycansevən üçün isə qürur ünvanıdır.
”Aran Media” qəzeti

