Elm və Təhsil Nazirliyi məktəblərdə təmir və qaz çəkilişinə 6,7 mln. manat xərcləyəcək
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi bir sıra təhsil müəssisələrinin cari təmiri və abadlıq işləri və məktəblərə qaz çəkilişi üzrə keçirilən iki tenderin nəticəsini açıqlayıb.
ARANTV.AZ dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, cari təmir işləri üzrə tenderin qalibi “Mühəndislik Tikinti Təchizat” QSC olub və şirkətlə 5,7 milyon manat həcmində müqavilə imzalanıb.
İdarə təhsil müəssisələrinin qazlaşdırması üzrə “ENERMUS” QSC-ni tenderin qalibi seçib və şirkətə müqavilə üzrə 991,2 min manat ödəniləcək.

