Laçın dağlarının yaraşığı Bezoar dağ keçiləri
İşğaldan azad olunan Laçın rayonu ərazisində bu günlərdə Azərbaycan faunasının nadir heyvanlarından sayılan bir baş Bezoar dağ keçisi görünmüşdü. Dağlara qar yağdıqdan sonra keçilər də artıq daha çox müşahidə olunmağa başlayıb. Belə ki, ötən gün Laçın dağlarında 5 baş Bezoar dağ keçisi görünüb.
ARANTV.AZ xəbər verir ki, qarlı dağlara bəzək verən dağ keçiləri bu dəfə də Laçında çalışan işçilər tərəfindən qeydə alınıb.
Qeyd edək ki, “Qırmızı kitab”a daxil olan bu dağ keçiləri Azərbaycan faunasının nadir növlərindəndir.
Hazırda respublika üzrə bu heyvanların sayı XX əsrin ortaları ilə müqayisədə daha aşağıdır. Onların sayı 800-1200 başa qədərdir.


