Hadisə 

Gəncədə yeniyetmə oğlanı vaqonda elektrik cərəyanı vurdu

Gəncədə 15 yaşlı oğlan yanıq xəsarətləri alıb.

APA-nın məlumatına görə, hadisə şəhərin dəmiryolu vağzalı adlanan ərazidə vaqonda qeydə alınıb.

2007-ci il təvəllüdlü Cəfərov Elgün Elçin oğlu bədənin çox hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetmə oğlana tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, 15 yaşlı E.Cəfərovu elektrik cərəyanı vurması nəticəsində ağır yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər