Dünya 

ABŞ-də buzla örtülmüş şəhər – VİDEO

ABŞ-də Eri gölünün sahilində yerləşən yaşayış məntəqələrindən biri güclü şaxtalar nəticəsində tamamilə buzla örtülüb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə şəhər buz dövrünü xatırladır.

Qeyd edək ki, ABŞ-nin böyük bir hissəsində şaxtalı hava şəraiti davam edir və qar fırtınası yaşanır.

Yerli meteoroloji xidmətlər əhaliyə diqqətli olmağı, ehtiyac olmadığı təqdirdə küçəyə çıxmamağı tövsiyə edib.

Daha çox xəbərlər