Yeni Azərbaycan Partiyası ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib.
ARANTV.AZ-ın məlumatına görə, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə baş tutacaq.
“Həmin seçkilərin keçirilmə vaxtı Azərbaycan Konstitusiyasında müəyyənləşib. Bu il ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək”, – deyə Baş nazirin müavini qeyd edib.oxu.az
