34 yaşlı məhkum edam edildi – İranda

İranda qəsdən adam öldürmədə ittiham olunaraq, ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

ARANTV.AZ teleqraf.com-a istinadən xəbər verir ki, məhkuma verilən ölüm hökmü üç gün əvvəl icra edilsə də, bu barədə məlumat yeni yayılıb.

Məlumata görə, 4 il əvvəl naməlum səbəbdən baş vermiş bir davada qətl törədən və həmin vaxtdan həbsdə saxlanılan 34 yaşlı məhkum Şahin Səmədi mayın 4-də Marağa həbsxanasında dara çəkilib.

Edam edilən şəxsin məhkəmə prosesi barədə məlumat verilməyib.