Azərbaycanda nikah və doğum sayı 10 faizədək artdı
Azərbaycanda 2022-ci il ərzində nikah və doğum sayı 10 faizədək artıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində 2022-ci ilin yekunlarına dair geniş kollegiya iclasında bildirilib.
İl ərzində 4.7 milyondan çox notariat hərəkəti rəsmiləşdirilib, əhalinin sosial rifahının və demoqrafik inkişafın təzahürü olaraq nikah və doğum sayının 10 faizədək artması məmnunluq doğurur. Eyni zamanda boşanmanın sayı nəzərəçarpacaq dərəcədə azalıb və nazirlik tərəfindən təşkil olunan mediasiya xidmətləri nəticəsində hər 5 nəfərdən birinin bu fikirdən daşınmasına nail olunub.