Xəbər verdiyimiz kimi, aprelin 21-də Kürdəmirdə yaşayış evində partlayış baş verib. Hadisədən bir gün sonra ailə başçısı 31 yaşlı Anar Əsədov, dünən isə xanımı 34 yaşlı Qəndab Hüseynova dünyasını dəyişib. Yüngül xəsarət alan azyaşlı uşaqlar ( 4 yaşlı Günay Əsədova və 2 yaşlı Bünyəd Əsədov) uşaq evinə verilib, 8 yaşlı bacıları İlahə Əsədovanın isə müalicəsi davam edir. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.
ARANTV.AZ yanğında hər iki valideynini itirən uşaqların fotosunu təqdim edir:



big.az
