Bakıda oğlan sevgilisini metroda bıçaqladı
Bakıda metroda sevgilisini bıçaqlamaqda təqsirləndirilən Vahid Abdullayevin cinayət işi məhkəmə prosesi davam edir.
ARANTV.AZ “Ölkə.Az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 21-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən il sentyabr ayında baş verib. Metronun “Nəsimi” stansiyasında 1972-ci il təvəllüdlü Bakı şəhər sakini Quliyeva Elnarə Baloğlan qızı 1972-ci il təvəllüdlü Abdullayev Vahid İnqilab oğlu tərəfindən bıçaqlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən Vahid Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, Vahid Abdullayev E.Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə də qısqanclıq zəminində baş verib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

