Cəmiyyət 

Hər il dünyada 5 milyon insan…

“Hər il dünyada 5 milyon insan yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişir” .

Bunu Səhiyyə Nazirliyinin baş travmatoloqu, Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru İlqar Qasımov Azərbaycan Ortoped və Travmatoloqlarının III qurultayında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda da hər gün belə qəzalara rast gəlirik:

“Yol qəzaları nəticəsində əlillərin sayı artır. Qəzalar ciddi əlilliyə səbəb olur. Ona görə də təhlükəsizlik məsələsi çox önəmlidir. Travmatoloqların qarşısında insanların səhhətinin bərpası kimi mühüm vəzifə dayanır” .

İlqar Qasımov bildirib ki, əlilliyə səbəb olan digər məsələ isə istehsalat qəzalarıdır:

“Son illər tikinti işləri artdığı üçün istehsalat qəzalarının da sayı çoxalıb. Hündürlükdən yıxılma, müxtəlif alətlərlə əlin və ayağın kəsilməsi halları var. 30 il əvvəl tikinti işləri bu qədər sürətlə aparılmırdı. İndi Bakı gündən-günə gözəlləşir, təbii ki, tikintilər də olmalıdır. Ancaq bir mütəxəssis kimi təhlükəsizlik qaydalarına riayət edilməsini tövsiyə edirəm”.

Daha çox xəbərlər