Cəmiyyət 

Şəriətə görə çox səfər edən (kəsirüs-səfər) şəxs oruc tutmalıdır. Bunun meyarı nədir?

Şəriətə görə çox səfər edən (kəsirüs-səfər) şəxs oruc tutmalıdır. Bunun meyarı nədir?

Şəriətə görə, hər hansı məqsəd üçün davamlı olaraq tez-tez səfərə çıxan adama “kəsirüs-səfər”, yəni “çox səfər edən” deyirlər. Kəsirüs-səfər gedib-qayıtmaqla üst-üstə 8 fərsəx, yəni 43-44 km. məsafə qət edirsə, səfər boyunca oruc tutmalıdır və müsafir üçün olan güzəşt ona şamil deyil. Bu kateqoriyaya aid olmaq üçün ay ərzində neçə dəfə səfərə çıxmaq barədə alimlər arasında fikir ayrılığı vardır. Məsələn, Ayətullahül-üzma Sistani ən azı ayda 10 dəfə səfərə çıxmağı və ya 10 gün səfərdə olmağı şərt bilir (bu 10 gün birdəfəlik də ola bilər, bir neçə dəfəlik də). Ayətullahül-üzma Xameneyi 10 gündə bir dəfə, yəni ayda ən azı 3 dəfə səfərə çıxan adamı kəsirüs-səfər sayır. Ayətullahül-üzma Məkarim Şiraziyə görə isə, həftədə 3 dəfə səfər edən şəxs oruc tutmalıdır. Kəsirüs-səfərin bəzi başqa hökmləri də vardır ki, risalələrdə bunlar ətraflı izah edilib.

Daha çox xəbərlər