Hadisə 

Tərtərdə 34 yaşlı kişi minaya düşüb – YENİLƏNİB

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda sakinin minaya düşməsi ilə bağlı açıqlama yayıb.

ANAMA-nın Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 2023-cü il 9 mart tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

Məlumata əsasən, mina partlayışı nəticəsində 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəsarət alıb.

Hadisə ilə bağlı qurum tərəfindən araşdırma aparılır.

Araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

13:50

Martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda qeyd edilən faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

Daha çox xəbərlər