Özünü atasına sübut etmək üçün cinayətə əl atdı – Oğuldan şok əməl – foto
Konyada gənc özünü atasına sübut etmək üçün cinayətə əl atıb.
ARANTV.AZ Big.az-a istinadən xəbər verir ki, İ.T 17 yaşlı lisey tələbəsi M.Ö-nün zorla telefonunu əlindən alıb yaşadığı binanın zirzəmisinə apararaq 14 yerindən bıçaqlayaraq yaralayıb.
Polislər tərəfindən saxlanılan gənc məhkəməyə çıxarılıb.
Onun məhkəmədəki ifadəsi hər kəsi təəccübləndirib.
O, ifadəsində cinayəti özünü atasına sübut etmək üçün etdiyini bildirib: “Atam hər zaman mənə səndən heç nə olmaz deyirdi. Mən də özümü sübut etmək üçün bu addımı atdım”.


