Cəmiyyət 

ETSN: Fındıqçılıqda dayanıqlı bioenerji variantlarının öyrənilməsi ilə bağlı araşdırma hökumətə təqdim edilib

Fındıqçılıq sahəsində dayanıqlı bioenerji variantlarının öyrənilməsi üçün araşdırma aparılıb və hökumətə təqdim edilib.

ARANTV.AZ  xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin və BMT-nin birgə təşkilatçılığı ilə BMT və Azərbaycan arasında “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”nin (UNSDCF) icrası üzrə Birgə İstiqamətləndirici Komitənin iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib.

“İl ərzində biz BMT qurumları ilə ümumilikdə iqlim dəyişmələrinin müxtəlif aspektləri istiqamətində təlimatların, tədbirlər planının hazırlanması, iqlim dəyişmələrinin adaptasiyasının maliyyə strategiyasının hazırlanması üzrə müxtəlif araşdırmalar və təqdimatlar edilib” – o qeyd edib.

Daha çox xəbərlər