Azərbaycan xarici avtomobil istehsalçıları ilə əməkdaşlığı müzakirə edib – FOTO
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov xarici aparıcı avtomobil istehsalçıları ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
Bunu nazir Mikayıl Cabbarov “Twitter”də bildirib.
“General Motors” (GM) şirkətinin vitse-prezidenti Coni Saldana, “UNO MİNDA” (Unomindacom) şirkətinin rəhbəri Nirmal Kumar Minda (MindaNirmal), “Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov ilə görüşdə birgə əməkdaşlıq barədə fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.
General Motors (@GM) şirkətinin vitse-prezidenti Coni Saldana, UNO MİNDA (@Unomindacom) şirkətinin rəhbəri Nirmal Kumar Minda (@MindaNirmal) və Uzavtosanoat SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov ilə görüşdə birgə əməkdaşlıq barədə fikir mübadiləsi apardıq.#EconomyAz pic.twitter.com/Yhnx9Qui8k
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 15, 2023

