ARAN TV Bölgə Manset Region Xəbərləri 

Bərdədə təntənəli Novruz bayramı şənliyi keçirildi-VİDEO+FOTO

 

Heydər Əliyev adına park-bulvarda keçirilən Novruz bayramı şənliyində rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev başda olmaqla rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər işçiləri, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon sakinləri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevi və rayonun idarə müəssisə rəhbərlərini Dədə Qorqud və Bahar qızı Novruz Bayramının personajları kosa və keçəl ilə birgə qarşılamış və salamlamışlar.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev və rayonun rəhbər işçiləri Novruz Bayramı ilə əlaqədar rayonun ümumtəhsil və musiqi məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrin kollektivlərinin hazırladıqları sərgilər ilə tanış olub, gənc idmançıların idman proqramlarına, pəhləvanların və kəndirbazların nümunəvi çıxışlarına tamaşa etsib, məktəblilərin ifasında bədii kompozisiyalar, həmçinin milli məişət və mətbəximizlə bağlı səhnələrlə tanış olublar.

Tədbir iştirakçıları Vətənimizin azadlığı uğrunda şəhid olanların, Türkiyə cümhuriyyətində baş vermiş təbii fəlakət nəticəsində həlak olmuş şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayon sakinlərinə təbriklə çıxış edib.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev meydanda Bayram tonqalını yandırıb.

Tədbir rayonun mədəniyyət işçilərinin, özfəaliyyət dərnəklərinin hazırladığı səhnəciklər və konsert proqramı ilə müşayiət olunub.

 

Daha çox xəbərlər